Amerikalı tapdığı 98 min dolları sahibəsinə qaytardı (VİDEO FOTO)
  • Yəqin ki, 200 dollar qarşılığında Ravvin Noah Maroffa masa satmış qadın çox xoşbəxtdir.

Nyu-Heyvendə, Konnektikut ştatında Noah Maroff və onun həyat yoldaşı aldıqları gözəl əşyanı otağa keçirə bilməyiblər və bunun üçün onu sökməyə başlayıblar.

Masanı sökən ər və arvad onun içərisindən için də 98 min dollar pul olan çanta aşkarlayıblar.

“O saat arvadım və mən bir-birimizə baxdıq və dedik: “Biz bu pulu özümüzdə saxlaya bilmərik” – deyə, Maroff WTNH-ə bildirib.

Onlar dərhal masanı aldıqları qadına zəng edib və tapıntı barədə məlumat veriblər.

Sən demə qadın miras aldığı pulları orada gizlədib və yaddan çıxarıb. Maroff pulu qadına geri qaytarıb. Onun sözlərinə görə, bu hərəkəti etdiyi üçün çox xoşbəxtdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.