Uorlik Qarabağdan danışacaq
  • ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vyanada ATƏT-in Daimi Şurasının iclasında iştirak edəcək.

C.Uorlik özünün “Twitter” səhifəsində Daimi Şuranın iclası çərçivəsində ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer və digər şəxslərlə keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəyini söyləyib.

Qeyd edək ki, ATƏT Daimi Şurasının toplantıları həftəlik keçirilir. Daimi Şura təşkilatın qərar qəbul edən və müntəzəm məsləhətləşmələr həyata keçirən əsas strukturlarından biridir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.