İranın Azərbaycandakı səfiri: “Sərhədi piyada keçmək istəyən vətəndaşlar üçün məhdudiyyət aradan qaldırılıb”
  • Biləsuvar sərhəd-keçid məntəqəsində həm İran, həm də Azərbaycan tərəfdən piyadalar avtobusla və ya piyada şəkildə gediş-gəliş edə bilərlər.

Lakin minik avtomobilləri və yük maşınları üçün Biləsuvar və Culfa sərhəd keçid məntəqələrindən gediş-gəliş qadağandır. Bunu çərşənbə günü Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Səfir Culfa sərhəd-keçid məntəqəsində sərnişinlərin avtobusla keçməsinin də qadağan olunduğunu bildirib.

M.Pakayin qeyd edib ki, hazırda Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrində piyadaların gediş-gəlişi daha da çoxalıb.

Onun sözlərinə görə, İran tərəfdə qalmamasına görə, ötən gecə Biləsuvar sərhəd-keçid məntəqəsindən keçərək Naxçıvan MR-ə getmək istəyən Azərbaycana məxsus 175 yük maşınının Culfa sərhəd-keçid məntəqəsindən Naxçıvan MR-in ərazisinə girişinə icazə verilib.

M.Pakayin minik avtomobilləri və yük maşınları üçün Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrində qoyulmuş qadağanın nə vaxt aradan qaldırılacağı barədə suala cavab olaraq bildirib ki, bu vaxt məlum deyil.

Xatırladaq ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini noyabrın 7-dən bağlamışdı. Bu addımın Azərbaycanın Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atıldığı bildirilirdi.

Noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib. İran rəsmiləri bildirir ki, bundan sonra Azərbaycan tərəfi Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Azərbaycan və İran sərhədçiləri arasında iki ölkənin sərhəd-keçid məntəqələrində yaranan problemlərin həlli məqsədilə görüşlər keçirilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.