İsrail təkzib etdi: Azərbaycanla silah satışı müqaviləsi dayandırılmayıb
  • İqal Palmor: "Rusiyadan Azərbaycanla silah müqaviləsinin dayandırılması ilə bağlı İsrailə heç bir müraciət edilməyib"

İsrail Azərbaycana silah satışını dayandırması barədə yayılan məlumatları təkzib edib. İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İqal Palmor verdiyi açıqlamada bildirib ki, Azərbaycanla imzalanmış silah satışı müqaviləsi qüvvədədir.

Onun sözlərinə görə, Rusiyadan Azərbaycanla silah müqaviləsinin dayandırılması ilə bağlı İsrailə heç bir müraciət edilməyib.

Qeyd edək ki, Azərbaycanla İsrail arasında 1,5 milyard dollarlıq silah satışı müqaviləsi var.

Avropa mətbuatında ötən gün yer almış məlumatlarda bildirilirdi ki, Rusiya Cənubi Qafqazda qüvvələr balansının dəyişdirilməsinə yol verməmək üçün Azərbaycanla imzalanmış silah satışı müqavilənin dayandırılması üçün İsrailə müraciət edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.