Müdafiə nazirinin cəbhə bölgəsinə səfərləri davam edir (FOTO)
  • Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün cəbhə bölgəsinə səfər edib.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün cəbhə bölgəsinə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət edirlər.

Ön cəbhədə yerləşən hərbi hissəyə baş çəkən Müdafiə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin büstü önünə əklil və gül dəstəsi qoyaraq öz ehtiramlarını ifadə ediblər.

Sonra düşmənlə təmas xəttindəki hərbi hissələrdəki mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Bir qrup hərbçiyə növbəti rütbələr verilib, medal və qiymətli hədiyyələr təqdim olunub.

Müdafiə naziri cəbhə bölgəsindəki müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə də tanış olub.

Komandir heyətinin məruzələri əsasında müdafiə naziri nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.