İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın görüşü olub (FOTO)
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan qarşıladı.Görüşdə ikitərəfli əlaqələrimizin, dostluq və qardaşlıq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə budəfəki rəsmi səfərinin əhəmiyyəti qeyd olundu. Ölkələrimizin qlobal layihələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığının genişləndirilməsinin, münasibətlərimizin möhkəmlənməsinin regional əməkdaşlıq baxımından önəmi vurğulandı və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.