İlham Əliyev: İyirmi birinci əsr türk əsri olacaq (FOTO)
  • İyirmi birinci əsr türk əsri olacaq. Gələcəkdə biz böyük uğurlara imza atacağıq.

Bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Türkiyə və Azərbaycanın bir-birinə ən yaxın ölkələr olduqlarını ifadə edən prezident İ. Əliyev “Türkiyənin gücü Azərbaycanın gücüdür” söyləyib:

“Türkiyə böyük və şərəfli yol keçib. Dünya miqyasında güclü dövlətlər sırasındadır. Türkiyənin təsir imkanları getdikcə artır. Türkiyənin razılığı olmadan bölgədə heç bir təşəbbüs həyata keçməz. Biz çalışmalıyıq ki, dövlətlər arasında əlaqələr, insanlar arasındakı bağlılıq daha da sıx olsun. 70 il ayrı qaldıq, amma xalqların qəlbində olan birlik sönmədi.

“Marmaray” layihəsi ilə qitələri və xalqları birləşdirdiniz. Türkiyənin uzunmüddətli mənfəətlərini uyğun addım atdınız. TANAP ən böyük enerji layihələrindən biridir.

Türkiyə və Azərbaycan bunu bacardı. Enerji və siyasi proqramlarda birgə addımlayırıq. Ən böyük sərmayələri Türkiyəyə yatıracağıq”.

Prezident Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını xatırladıb və ədalətsizliyin davam etdiyini vurğulayıb:

“Dağlıq Qarabağ məsələsində ədalətli mövqeyinə görə Türkiyəyə minnətdarıq. Türkiyə bu məsələdə hər zaman yanımızdadır. Münaqişənin həllinə Ermənistan imkan vermir. Bir milyondan çox Azərbaycan vətəndaşı yurd-yuvasından didərgin düşüb. Etnik təmizləmə siyasəti aparılır”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.