Riçard Morninqstar: "Azərbaycandan ABŞ-a birbaşa aviareyslərin açılmasını istəyirik"
  • ABŞ Azərbaycanın Birləşmiş Ştatlarla birbaşa aviareyslərin açılması istəyini və təşəbbüsünü dəstəkləyir.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin tələbələri ilə görüşündə bildirib.

Səfirin sözlərinə görə, hazırda bu istiqamətdə Azərbaycan hökuməti ilə sıx danışıqlar aparılır: "Biz hazırda "Azərbaycan Hava Yolları"na ABŞ-a birbaşa uçuşları yerinə yetirməyə icazə verən sertifikatlaşdırma prosesini həyata keçiririk".

R.Morninqstar qeyd edib ki, təhlükəsizlik sahəsində zəruri lisenziyalar və sertifikatların verilməsi istiqamətində danışıqlar gedir:

"Biz açıq səma sazişinin yekunlaşdırılması istiqamətində iş aparırıq. Ümidvarıq ki, bu saziş yaxın gələcəkdə birbaşa təyyarə reyslərinin həyata keçirilməsini təmin edəcək".

(Trend.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.