Ölkədə bank faizləri azaldıla bilər
  • Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru təhlil olunmalı və dövlət büdcəsinə əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinin yolları araşdırmalıdır.

Bunu Milli Məclisdə gələn ilin büdcə zərfi ilə balı bu gün aparılan müzakirələr zamanı millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, ölkənin bank sektorunda kredit faizlərinin azaldılması üçün Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun iştirakı ilə ayrıca iclas keçirilməlidir:

“Bu gün əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank depozitlərinin faizləri ilə kredit faizləri arasında olduqca böyük - 20-25% fərq var. Bu məsələ mütləq öz həllini tapmalıdır. Bəlkə bankların özlərinin problemləri var”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.