Ərdoğan: Azərbaycanın problemləri bizim problemimizdir
  • “Tək millət olmağın məsuliyyətinə uyğun siyasi sahədə qərarlarımızı ortaya qoyuruq”.

Dağlıq Qarabağ problemi Azərbaycanın nə səviyyədə problemidirsə, bizim də o səviyyədə problemimizdir. Problemin sülh yolu ilə həlli məsələsində Azərbaycana şərtsiz dəstəyimiz davam etməkdədir.

Bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasından sonra keçirilən mətbuat konfransında Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib.

Azərbaycanla əlaqələrin mükəmməl şəkildə davam etdiyini söyləyən R. T. Ərdoğan siyasi sahədə münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb. O, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını da qeyd edib:

“2020-ci ildə 15 milyard dollarlıq bir ticarət həcminə nail olacağıq. Əlaqədar nazirliklər bu istiqamətdə çalışırlar. Müdafiə sənayesində müştərək addımlar ata bilərik. Tək millət olmağın məsuliyyətinə uyğun siyasi sahədə qərarlarımızı ortaya qoyuruq”.

Türkiyə baş naziri viza məsələsinə də toxunub və bu işlə iqtisadiyyat nazirlərinin məşğul olacaqlarını bildirib. Azərbaycan prezidenti isə viza məsələsində alimlər, iş adamları və tələbələrə üstünlük veriləcəyini söyləyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.