Elman Rüstəmov bank faizlərinin yüksək olmasını etiraf etdi
  • "Ötən 10 il ərzində ölkənin dövlət büdcəsi 19 dəfədən çox artaraq milli iqtisadiyyatın artım sürətini 6 dəfə qabaqlayıb"

Azərbaycanın 2014-cü il dövlət büdcəsi ölkənin yeni iqtisadi doktrinasının əsasını qoyur. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisdə 2014-cü il büdcə layihəsinin müzakirəsi zamanı bildirib.

E.Rüstəmov deyib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin ciddi şəkildə azalması indiki büdcənin ən əhəmiyyətli trendidir: "Bu, asan məsələ deyil. Ötən 10 il ərzində ölkənin dövlət büdcəsi 19 dəfədən çox artaraq milli iqtisadiyyatın artım sürətini 6 dəfə qabaqlayıb. Neft Fondundan transfertlərin həcminin azalması ondan xəbər verir ki, ölkənin gələcək iqtisadi artımı digər amillərə - qeyri-neft sektoruna söykənəcək".

Onun sözlərinə görə, beləliklə, ARDNF-nin fəlsəfəsinə də əməl ediləcək:

"Fond diqqəti əsas funksiyaya - qənaət, ölkənin neft gəlirlərinin çoxalması və ən əhəmiyyətli layihələrin və istiqamətlərin maliyyələşdirilməsinə cəmləyəcək. ARDNF-dən transfertlər ən müxtəlif sahələrə - infrastruktur, təhsil və digərlərinə investisiyalarla əvəz ediləcək. Gələn ilin dövlət büdcəsi özündə Azərbaycanın iqtisadi inkişafına və qeyri-inflyasiya mənbələrinin hesabına büdcə kəsirinin maliyyələşdirilməsinə yeni yanaşmanı ehtiva edir".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.