Bakıda polisin meyiti tapılıb
  • Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, ötən gecə rayonun Neapol prospekti, 43 ünvanında 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənovun üzərində xəsarətlər olan meyiti aşkar edilib.

Bildirilir ki, meyiti tapılan R.Həsənov mühafizə polisinin əməkdaşıdır. Belə ki, ANS-in məlumatına görə, ilkin müayinə zamanı meyitin baş nahiyəsində küt alətlə yetirilmiş xəsarətlə aşkarlanıb. R.Həsənov Sabunçu rayon mühafizə şöbəsində polis serjantıdır. Onun evli və iki uşaq atası olduğu bildirilir.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.