"Google" telefon və noutbuk satacaq
  • "Google" şirkəti ABŞ-da "Nexus" mobil qurğuları və "Chromebook" noutbuklarının satılacağı mağazalar şəbəkəsi açır

"Google" şirkəti ABŞ-da "Nexus" mobil qurğuları və "Chromebook" noutbuklarının satılacağı mağazalar şəbəkəsi açır. Bayram mövsümü ərəfəsində "Google" ABŞ-ın altı şəhərində - Nyu-York, Vaşinqton, Çikaqo, Los-Anceles, Sakramento və Paramusda "Winter Wonderlabs" adlı mağazalar şəbəkəsini istifadəyə verəcək.

Alıcılar "Nexus" şirkətinin istehsalı olan smartfon, planşet kompüterlər, "Chromecast" qurğuları, eləcə də "Acer", "HP" və "Samsung" şirkətlərinin buraxdığı "Chromebook" noutbuklarını əldə edə biləcəklər.

Qeyd edək ki, şirkətlərin öz mağazasını açmaq praktikası istehlak elektronikası istehsalçıları və mobil rabitə operatorları arasında geniş yayılıb. Belə ki, "Apple", "Samsung", "Nokia" və digər şirkətlər öz mağazalar şəbəkəsinə malikdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.