Avropanın ən yaxşısı - “Atletiko”
  • Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsoru olduğu “Atletiko” 2013/14 mövsümü üçün UEFA-nın reytinqində birinci pilləyə yüksəlib.

Qitənin ali futbol qurumunun saytının yaydığı xəbərə görə, Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi dörd oyunun hamısında qalib gələn "Land of fire Azerbaijan" formalı Madrid təmsilçisi 13 min 857 əmsalla liderlik mövqeyini qoruyur.

Siyahıda ikinci yeri “Bavariya” (13.457), üçüncü və dördüncü pillələri isə 12 min 857 əmsalla “Real” (Madrid) və “Barselona” tutur.

Bu mövsüm Avropa kuboklarında iştirak edən komandaların qitə miqyaslı turnirdə göstərdikləri nəticələrə əsasən, tərtib olunan reytinqdə
237 komanda yer alıb.

Onların sırasında Azərbaycanın dörd təmsilçisi də var. Klublarımızdan ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi siyahıda 99-cu (2000 əmsal) yeri tutur. “Neftçi” 129-cu (1500), “Xəzər Lənkəran” 173-cü (1000), “İnter” (1000) isə 174-cü yerdə qərarlaşıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.