İngilis nəhəngi Ardaya 30 milyon avro təklif edir
  • İspaniyanın "Atletiko" (Madrid) klubunun türk ulduzu Arda Turanla İngiltərənin "Arsenal"ı yenidən maraqlanmağa başlayıb.
"Topçular" Arda üçün ispanlara 30 milyon avro təklif ediblər. "Atletiko" rəhbərliyinin bu transfer təklifini hələlik qəbul etmədiyi vurğulanır. Arda Turan da indiyədək dəfələrlə bildirmişdi ki, karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. Ardanın "Atletiko" ilə imzaladığı müqavilənin şərtlərinə görə, anlaşma müddətinin başa çatmasından əvvəl futbolçunu almaq istəyən hər hansı klub ilkin transfer qiyməti qismində ispanlara minimum 41 milyon avro ödəməlidir. "Atletiko" rəhbərliyinin açıqlamalarına görə, Arda Turan ən azı bu mövsümün sonunadək satılmayacaq.
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.