Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini işdən azad olunmaq barədə raport yazıb
  • Məlumata görə, idarənin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Azər Cahangirov Daxili İşlər Nazirliyinin rəhbərliyinə raportla müraciət edərək işdən azad edilməsini xahiş edib.

Rəis müavinin işdən azad olunmasını istəməsinin səbəbi açıqlanmır. Qeyd edək ki, A. Cahangirov uzun illər daxili işlər orqanlarında çalışıb. O, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışarkən həmin vaxt Bakının Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstə üzvlərinin zərərsizləşdirilməsində yaxından iştirak edib. Onun rəhbərliyi ilə keçirilən əməliyyatlarda xüsusilə ağır cinayətlər törətmiş şəxslər tutularaq məsuliyyətə cəlb ediliblər.

A. Cahangirov 2009-cu ildən Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.