Serj Sarkisyan İlham Əliyevdan danışdı
  • Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevlə noyabrın 19-da Vyanada keçirdikləri görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların yeni mərhələsi və yeni başlanğıc kimi qiymətləndirib.

S.Sarkisyan Azərbaycan prezidentində problemi həll etmək istəyi gördüyünü, lakin bunun yetərli olmadığını söyləyib:

“Eyni istək bizdə də var. Şəxsən mən arzu edirəm ki, problem maksimum qısa zamanda həll olunsun, lakin Azərbaycan prezidenti hansı şərtlər əsasında münaqişənin həll olunmasını istəyir və mən hansı şərtlərdə həllini istəyirəm? Bütün məsələ budur. Lakin təkrar edirəm ki, baş tutmuş görüşü müsbət qiymətləndirirəm”.

S.Sarkisyan qeyd edib ki, prezidentlər xarici işlər nazirlərinə dekabrın əvvəlində danışıqların yeni mərhələsinə başlamağı tapşırıblar:

“Dekabr ayında Minsk Qrupunun həmsədrləri bölgəyə gələcəklər. Düşünürəm ki, Azərbaycan prezidenti ilə yaxın vaxtlarda görüşmək barədə razılığımız da bu görüşlərin əsasında reallığa çevriləcək”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.