Bakıda 29 yaşlı gəncin başını kəsmək istədilər
  • Ötən gecə saat 22:30 radələrində Bakının Xəzər rayonu ərazisində 29 yaşlı oğlanın başını kəsmək istəyiblər.

Hüquq-mühafizə orqanlarından ANS-ə verilən məlumata görə, H.Qref küçəsində 1984-cü il təvəllüdlü Səhhət Heydərov boynundan bıçaqlanıb. Vuran şəxsin onun başını kəsmək istədiyi bildirilir. Hadisə nəticəsində ağır yaralanan S.Heydərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə barədə ətraflı məlumat almaq üçün Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi ilə əlaqə saxladıq. Bölmənin növbətçi hissəsində hadisə barədə ətraflı məlumat verməkdən imtina etdilər. Üstəlik növbətçi hissədən bütün sullar kobud şəkildə cavablandırıldı.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.