Meyxanaçı Aydın Xırdalanlı Faiq Ağayevdən üzr istədi
  • Meyxanaçı Aydın Xırdalanlı bir müddət öncə mətbuatda yayımlanan müsahibəsində Faiq Ağayevə qarşı işlətdiyi ciddi və əsassız ittihamları təkzib edərək, xalq artistindən üzr istəyib.

Faiq Ağayevin mətbuat xidməti Aydın Xırdalanlının təkzib və üzrxahlıq məktubunu təqdim edib.
Həmin mətni olduğu kimi təqdim edirik:

"Bu yaxınlarda bir sıra kütləvi informasiya vasitələrində yayılan müsahibəmdə Azərbaycan Respublikasının Xalq artisti Faiq Ağayev barədə danışarkən, ünvanına əsassız olaraq "narkoman" ifadəsini işlətdiyimdən təəssüflənir, səsləndirdiyim ittihamların yanlış olduğunu etiraf edirəm.

Sevimli Xalq artistimizin adını bu cür nalayiq və alçaldıcı tərzdə hallandırmağımdan, etdiyim bu yolverilməz hərəkətimdən çox peşmanam. Çox təəssüf ki, səhhətimin hal-hazırkı durumu ilə əlaqədar, səmimi hörmət bəslədiyim sənətkarımız Faiq Ağayevə şəxsən üzrxahlıq edə bilmirəm.

Bu müraciətimlə Faiq müəllimdən işlətdiyim xoşagəlməz və əsassız ifadələrimə görə üzr istəyirəm. Əminəm ki, xeyirxahlığı və böyük ürəyi ilə tanınan Xalq artistimiz, səmimi peşmançılığımı qəbul edib, məni bağışlayacaq".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.