Ərdoğanın xanımına böyük tərbiyəsizlik
  • Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana CHP-li millət vəkili tərbiyəsizlik edib.

Yaponiyanın Milli Gününə həsr olunmuş tədbirdə baş nazirin həyat yoldaşı çıxış etmək istəyib. Bu zaman Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Kamer Gənc Ə.Ərdoğanın çıxışına etiraz edib. CHP-li deputat “sən burada nə üzlə danışırsan” deyib və bundan sonra zalda gərginlik artıb.

Türkiyənin enerji və təbii qaynaqlar naziri Tamer Yıldız yaranan gərginliyə müdaxilə edərək, millət vəkilinin çölə çıxardılmasını istəyib:

“Tərbiyəsizlik eləmə, çıx çölə, tərbiyəsiz adam”, deyə, T.Yıldız qışqırıb.

Mühafizəçilər deputat və naziri ayırarkən Əminə Ərdoğan öz çıxışını davam etdirib. CHP-li deputat isə həmin zaldan qovulub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.