Moskva aeroportunda azərbaycanlı sərnişinin 2 mln dolları oğurlandı
  • Rusiyanın paytaxtı Moskvada “Şeremetovo” hava limanında azərbaycanlı qarət olunub. İstanbuldan Pervoprestolnıy şəhərinə uçan 31 yaşlı Azərbaycan vətəndaşı Zaur Qədimovdan 2 milyon 700 min dollar pul oğurlanıb.

Z.Qədimov gömrükdən qanuni şəkildə 2700000 dollar nəqd pul keçirmək istəyib. Əvvəlcədən təhlükəsizliyi nəzərə alaraq, o,özəl şirkətdən üç mühafizəçi də sifariş edib. Mühafizəçilər onu “Şeremetovo” hava limanında qarşılamalı idilər. Təyyarə 06.05-də eniş edib. Z.Qədimov içərisində 2700000 dollar olan çantanı əlinə götürüb və həmin şəxslərə yaxınlaşan zaman 6 nəfər maskalı şəxs onlara hücum edib. Maskalılar onları avtomatla hədələyərək çantanı alıblar. Daha sonra maskalı şəxslər Qədimovu və mühafizəçiləri hava limanından "Qazel" markalı avtomobilə mindiriblər və şlaqbaumda düşürərək aradan çıxıblar.

Mühafizəçilər baş verənlər barədə polisə məlumat veriblər. Polis faktla bağlı araşdırma aparır. Qarətin özəl mühafizə dəstəsinin əməkdaşları tərəfindən törədilə biləcəyi də istisna edilmir.

Xatırladaq ki, “Şeremetovo” aeroportunda noyabr ayında artıq ikinci dəfədir ki, külli-miqdarda pul oğurluğu baş verib. 13 noyabrda da 38 yaşlı Bişkek vətəndaşından 1 milyon 600 min dollar pul oğurlanmışdı.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.