Bakıda zibilxanada silah-sursat tapıldı
  • Bakı şəhərində məişət tullantılarının tərkibində silah-sursat aşkar edilib. Məişət tullantılarını “Təmiz Şəhər” ASC təhvil alırmış.

“Təmiz Şəhər” ASC-dən verilən məlumata görə, təhvil verilən tullantıların tərkibində 1 ədəd avtomat darağı və 101 ədəd patron tapılıb.

Qeyd edək ki, oxşar vəziyyət 20 noyabr tarixində də baş verib və 1 ədəd tank əleyhinə yararsız mina, 3 ədəd patron və 1 ədəd “Voltran” tipli təlim tapançası aşkarlanıb və aktlaşdırılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.