Prezident qızının bankı bağlandı
  • Gülnarə Kərimovaya məxsus Daşkənddə “Primyer- holl” kinoteatrı və “Siti-Makon” ticarət və əyləncə mərkəzi bağlanılıb

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova bir neçə aktivindən məhrum edilib. Prezident qızının Daşkənddə “Primyer- holl” kinoteatrı və “Siti-Makon” ticarət və əyləncə mərkəzi bağlanıb, onun “cib bankı” hesab edilən “Kredit-Standart” bankının isə lisenziyası geri alınıb.

Özbəkistan Mərkəzi Bankının saytında bankın lisenziyasının bank qanunvericiliyinin pozulması səbəbindən alındığı bildirilir.

Bank 2003-cü ildə özəl kommersiya bankı kimi yaradılıb. 2007-ci ildə isə bank açıq səhmdar kommersiya bankına çevrilib. Bundan başqa Daşkənddə yerləşən məşhur “Premyer –holl” kinotearı və “Siti-Makon” TƏM-i də bağlanıb. Müəssisələrin bağlanma səbəbi açıqlanmır.

Ticarət və əyləncə mərkəzi bir il əvvəl Gülnarə Kərimovanın iştirakı ilə açılmışdı.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.