Windows Phone , iOS-u geridə qoydu
  • Hesabatla əlaqədar edilən şərhlər , Lumia 525 modelinin bu yüksəlişdə ən çox payı olan cihaz olduğu deyilir.

IDC 2013-cü ilin üçüncü dörddəbiri üçün hazırladığı hesabata görə Latın Amerikası bölgəsində Windows Phone satışları , iPhone ailəsinin satışlarını geridə qoymağı bacarıb.

Microsoftun Windows Phone platformasının satışları tarixdə ilk dəfə bir qitə üzərində ikinci sıraya yüksəlməyi bacarır , Android əməliyyat sistemindən sonra ikinci sıraya yüksələn Windows Phone , Applenin iOS-nu geridə qoyub.

Həmçinin hesabata görə Windows Phone , son üç dörddəbirdə bazar payını hər rübə 20 faiz nisbətində artırıb. Bütün ilə baxsaq 156 faizlik yüksəliş göstərən Microsoftun bu rəqəmlərlə möcüzə bir il keçirdiyini belə söyləmək mümkündür .

Bu rəqəmlərə baxıldıqında Windows Phone-un Çili , Peru , Meksika və Kolumbiya ölkələrində ən məşhur ikinci əməliyyat sistemi halına gəldiyi də ortaya çıxır. Hesabatla əlaqədar edilən şərhlər , Lumia 525 modelinin bu yüksəlişdə ən çox payı olan cihaz olduğu deyilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.