Azərbaycanda varlı ailələrin övladlarına xüsusi yardım nəzərdə tutan qanun hazırlanır
  • Azərbaycanda varlı ailələrin övladlarına xüsusi yardım nəzərdə tutan qanun hazırlanır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

H.Rəcəbli bildirib ki, imkanlı ailələrin uşaqlarına yardımı nəzərdə tutan müddəalar yeni hazırlanan “Gənc ailələrin sosial müdafiəsi” haqqında qanun layihəsindədir: “Burada ehtiyacı olan imkanlı gənc ailələrə, imkanlı ailələrin gənc övladlarına psixoloji yardımlar nəzərdə tutulur. Məqsəd ailə institutunun möhkəmləndirilməsidir”.

Layihədə eyni zamanda sosial durumu ağır olan gənc ailələrə ipoteka kreditinin uzun müddətə, az faiz və az əməkhaqqı ilə verilməsinə icazə verən müddəalar da var.

Qanun layihəsinin tezliklə müzakirəyə çıxarılması gözlənilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.