Bu il piyadalar polisə 2 milyon manat “qazandırıblar”
  • Respublikada olan avtomobillərin 62% -i paytaxtın payına düşür.

Bakı Şəhər Dövlət Yol Polisi idarəsi (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, bu gün BŞDYPİ, Jurnalistika və İnkişaf Mərkəzi və “Digesta” Hüquq Firmasının təşkilatçılığı ilə Bakı Dövlət Sosial İqtisad Kollecinin müəllim və tələbə kollektivi ilə görüşü keçirilib.

BŞDYP-nin bölmə rəisi V.Əsədov bildirib ki, bu il yanvarın 1-dən bu günədək Bakı şəhəri ərazisində 122 mindən çox piyadaya inzibati protokol yazılsa da, hələ də piyadaların keçidlərdən istifadəsi sahəsində problem var.

Onun sözlərinə görə, ötən il bu rəqəm 70 min olub.

Qeyd edək ki, Azərbaycanda yolun təyin olunmayan yerlərdən keçilməsinə görə tətbiq olunan cərimə 20 manat təşkil edir. Bu isə 122 mindən çox piyadanı cərimələyən polisin dövlət büdcəsinə 2 milyon 440 min manat pul ödəməsi deməkdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.