Ermənilər 2 rayonumuzu azad etməyə razılıq veriblər (KİV)
  • Türkiyə mətbuatına Ankaranın İrəvanla münasibətləri qaydasına salması barədə növbəti sensasiyalı informasiya daxil olub.

Nüfuzlu Sabah qəzetinin yazdığına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ankaranın Ermənistanla münasibətlərin normallaşdırılması üçün arzuladığı bəzi kreativ fikir və ideayaların olması barədə sözləri yeni məna kəsb edir:

“Davudoğlunun ABŞ-a səfərinin, həmçinin Ərdoğanın Putin və Obama ilə müzakirələrinin yekunları üzrə rəsmi Ankara Cənubi Qafqazda sülhün bərqərar olması üçün yol xəritəsi hazırlayıb”.

Qəzet yazır ki, İrəvan artıq sözdə Azərbaycanın işğal olunmuş iki rayonunu azad edəcəyini bildirsə də, Ankara bu ölkədən məsələ ilə bağlı rəsmi bəyanat istəyib.

“Ermənistan rəhbərliyi belə bəyanatı səsləndirərsə, Davudoğlu dekabrın 12-də İrəvana səfər edəcək və burada Qara İqtisadi əməkdaşlıq təşkilatının tədbirinə qatılacaq.

Diplomatik mənbələr bu fakta diqqəti yönəldirlər ki, zəngin enerji resurslarına malik və sürətlə inkişaf edən Azərbaycandan fərqli olaraq, Ermənistan yaxşı vəziyyətdə deyil. Vəziyyəti dəyişmək üçün status-kvodan çıxış yolu tapmaq lazımdır. Planlaşdırılır ki, ilkin mərhələdə ermənilər ölkələrinin Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasının qarşılığında Qarabağa bitişik, işğal olunmuş 7 rayondan 2-dən çıxacaqlar”, - deyə, qəzet yazır, lakin normallaşma dedikdə nəyin nəzərdə tutulduğunu açıqlamır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.