Ailə quran işsiz cütlüklərə xoş xəbər
  • “Məqsəd durumu ağır olan ailələri bu vəziyyətdən birdəfəlik çıxarmaqdır”.

Azərbaycanda ailə quran iki işsiz gəncdən biri dövlət tərəfindən icbari olaraq işlə təmin ediləcək. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bu yeni hazırlanan “Gənc ailələrin sosial müdafiəsi” haqqında qanun layihəsində əksini tapıb.

H.Rəcəbli qeyd edib ki, layihədə qanunda nikaha girən işsiz cütlükdən birinin dövlət tərəfindən işlər təmin olunması ilə bağlı xüsusi müddəalar var:

“Bunun üçün xüsusi kvotalar da müəyyənləşdiriləcək. Məqsəd sosial durumu ağır olan ailələrin bu vəziyyətdən birdəfəlik çıxarmaqdır”.

Qanun layihəsinin tezliklə müzakirəyə çıxarılması gözlənilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.