Bakıda poliklinikada erməni baş həkim
  • Nərimanov rayonunda yerləşən 7 nömrəli uşaq poliklinikasının 280 işçisi adından azerinews.tv-nin redaksiyasına məktub daxil olub.

Müraciətin səbəbi  –  əvvəllər 14 nömrəli uşaq poliklinikasında  sahə  həkimi  işləyən Lolita Cuvarlinskinin baş həkim vəzifəsinə təyin olunmasıdır.

Poliklinikanın personalını yeni baş həkimin milliyətcə erməni olması qəzəbləndirib.

Məktubda deyilir:

“Tərkibində qaçqınlar, məcburi köçkünləri və şəhid ailələrinin üzvləri olan bizim kollektiv bu təyinatı hörmətsizlik və təhqir kimi qiymətləndirir. İnsanlar təəccüb edir: niyə dövlət  klinikasını  erməni idarə etməlidir? Niyə bizə həyatının 53 ilində dövlət dilini öyrənə bilməyən şəxs rəhbərlik etməlidir? Lolita Cuvarlinski həm bizim, həm də bütün cəmiyyət üçün arzuolunmaz şəxsdir”.

Məktubda həmçinin klinikaya baş həkim vəzifəsinə azərbaycanlının təyin olunması üçün  klinika  heyətinin səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdiyi qeyd olunur.

Bundan başqa, müəyyən olunub ki, Lolita Cuvarlinskayanın qızlıq soyadı Əliyevadır.

7 saylı uşaq poliklinikasının baş həkimi Lolita Cuvarlinksaya bəyan edib ki, bu əhvalat onu çox pis edib.

“Mən, Əliyeva Lolita Abgül qızı 1959-cu ildə Bakıda doğulmuşam. Atam və anam azərbaycanlıdır. Ərim azərbaycanlıdır, əslən Füzulidəndir və mən onun soyadını götürmüşəm. Mənə qarşı bu kampaniya haradan başlayıb, kimin ağlına gəlib ki, mən erməniyəm? Daha deyəsi sözüm yoxdur, sadəcə bu məsələ ilə bağlı danışmaq istəmirəm” – deyə, L.Cuvarlinksaya bildirib.

Qeyd edək ki, Lolita Cuvarlinskaya suallara təmiz Azərbaycan dilində cavab verirdi...

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.