Prezident İlham Əliyev Vilnüsdə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşüb (FOTO)
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Vilnüsdə Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçius ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan tərəfindən Litvaya investisiya qoyuluşu, ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğu bildirilib, ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.