Xoşbəxtliyin bir illik qiyməti müəyyən olundu
  • Çağdaş dünyada insan ayda 35,5 min dollar qazandıqda özünü xoşbəxt saymağa başlayır. Bu nəticəyə Britaniyanın Uorik şəhərinin və ABŞ-ın Minessota ştatlarının universitetlərinin alimləri gəliblər.

Onların məruzəsinin qısa icmalı noyabrın 28-də Britaniya mətbuatında dərc olunub. Alimlərin fikrincə, ildə 35,5 min dollar qazanan insan həyatının alındığı barədə düşünə bilir. Daha az qazananlar isə imkan qıtlığı hiss edirlər. Daha yüksək gəlirlər isə yeni arzular yaradır ki, çox vaxt onu yerinə yetirmək mümkün olmur.

“Biz müəyyən etdik ki, həyatdan ləzzət hissi getdikcə artır, amma onun da həddi var. Bu zirvə ildə $35,5 min gəlirdir. Bundan sonra insanın malik olduğu zənginliyin ölçüsünə baxmayaraq “xoşbəxtlik səviyyəsi” azalmağa başlayır. Özü də insanların gəlirləri təxminən bərabər olan ölkələrdə həyatdan həzz hissi artır”, - deyə tədqiqatçılardan biri professor Gcenio Proto bildirir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.