Hacı Şahin: “Azərbaycanda həyatım üçün təhlükə hiss etmirəm”
  • Milli Təhlükəsizlik Nazirliyində “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənlinin qətlə yetirilməsi barədə çağırışlar edilməsi ilə bağlı başlanılan cinayət işinin istintaqı davam edir.

3 nəfərin həbs edildiyi açıqlanıb. Terror təhdidlərinə məruz qalan Hacı Şahin Həsənli ANS-in qonağı olub. Hacı Şahin Həsənli bu barədə mətbuatdan və sosial şəbəkələrdən xəbər tutduğunu, öz ünvanına hər hansı bir təhdid göndərilmədiyini deyib: Təhdidlərin konkret olaraq nə ilə bağlı olması barədə fikir söyləmək çətindir. Sosial şəbəkələrdə belə çağırış yayıldı, bizə qarşı ölüm hədəsi ilə çıxış edən bir neçə nəfərin şəkli yayıldı və onun altında da mənim öldürülməyimə dair çağırışlar qeyd olundu. Bu təhdidlər barədə yalnız mətbuatdan və sosial şəbəkələrdən xəbər tutdum. Şəxsən öz ünvanıma hər hansı təhdid gəlməyib.

Dan xadimi təhdid edən şəxsləri şəxsən tanımadığını bildirib: “Təhdid edən şəxslərlə heç bir tanışlıığım olmayıb. Onları tanımıram. Yalnız onların sosial şəbəkələrdə şəkillərini gördüm, amma belə tanışlığım olmayıb”.

Ölkəmizdə unikal tolerantklıq mühiti olduğunu deyən Hacı Şahin kimlərinsə buna görə narahat olduğunu, təhdidlərin ölkədə qarşıdurma yaratmaq məqsədi daşıdığını qeyd edib: “Azərbaycanda dinlər arasında və məzhəblər arasında unikal münasibətlər modeli var. Əsrlər boyu formalaşmış tolerantlıq mühiti var. Həmçinin Azərbaycanda, bir çox ölkədə olmayan ictimai – siyasi sabitlik var. Görünür ki, bu kimisə narahat edir və təhdidlər tolerantlıq modelinə zərbə vurmaq, dinlərarası, məzhəblərarası hansısa bir qasrşıdurmalar yaratmaq məqsədi daşıyır. Amma Azərbaycanda radikallığın ciddi sosial bazası, sosial gücü olmayıb, sosial dəstəyi yoxdur. Ona görə də bu tip çağırışlar əslində ciddi bir nəticəyə gətirib çıxara bilməz, çünki cəmiyyətin bu aqressiv cərəyanlara qarşı mövqeyi bəllidir. Bu çağırışlar hər hansı bir ciddi əks-səda doğura bilməz”.

Dövlət qurumları tərəfindən özünün və fəaliyyət göstərdiyi məscidin təhlükəsizliyi üçün müəyyən addımlar atıldığın deyən Hacı bildirib ki, həyatı üçün hər hansı bir təhlükə hiss etmir: “Müvafiq dövlət qurumları həm məscidin, həm də özümüzün təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görür və hər hansı bir narahatçılığa da əsas yoxdur”.

MTN-nin mətbuat xidmətindən ANS-in sorğusuna cavab olaraq bildirilib ki, bu Azərbaycan respublikasının vətəndaşı Elxan Oktay oğlu Əhmədovdur. O, təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Bir neçə gün əvvəl isə bu işlə bağlı Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda odlu silah, döyüş sursati, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə, Azərbaycan vətəndaşları Nəriman Xosrov oğlu Mirzəyev və Mirzəhməd Şakir oğlu Rüstəmov da həbs ediliblər. Onlar 2013-cü ilin oktyabr ayında “Facebook” sosial şəbəkəsində “Enekin Skayvoker” adı ilə qeydiyyatdan keçmiş istifadəçi səhifəsində, hazırda Qusar rayonunda olan “Əmir fərman çətin” in, “Şeyx Mirzahmad al-Qusari” dən Azərbaycanda “Cihad” etmək barədə fətva aldığına dair bəyanat yerləşdiriblər. Səhifədə yerləşdirilən fotoşəklin altında Bakida fəaliyyət göstərən “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənlinin qətlə yetirilməsi barədə çağırışlar da əksini tapıb. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra Hüquq-Mühafizə Orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb. Faktla bağlı MTN istintaq baş idarəsi tərəfindən başlanılan cinayət işinin istintaqi davam etdirilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.