Berliskoni parlamentdəki yerini də itirdi
  • İtaliya parlamentində keçirilən müzakirələr zamanı keçmiş baş nazir Silvio Berluskoni senatorluqdan azad edildi.

Korrupsiya qalmaqalı ilə bağlı keçirilən məhkəmə prosesindən sonra fəaliyyətə keçən siyasi rəqibləri, bir müddət əvvəl onu senatorluqdan uzaqlaşdırmaq üçün fəaliyyətə başlamışdılar.

Berluskoni isə bu müzakirələri Sol yönümlü partiyalar tərəfindən vurulan zərbə kimi dəyərləndirib. Hazırda 77 yaşında olan keçmiş baş nazir, senatorluqla birlikdə siyasi toxunulmazlığını da itirib.

Üç dönəm baş nazir vəzifəsini yerinə yetirın S.Berluskoni, seks skandalları ilə bağlı həbs olunarsa, o zaman qalan ömrünün 7 ilini həbsxanada keçirə bilər. Bu arada Berluskoninin tərəfdarları paytaxt Romada parlamentin qərarına qarşı etiraz aksiyalarına başlayıblar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.