Havalar soyuyacaq
  • Qarşıdakı günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 02-dək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdləri, güclü şimal-qərb küləyinin cənub-qərb küləyi ilə tez-tez əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.