Azərbaycanla Avropa İttifaqı arasında viza rejimi sadələşdirildi
  • “Şərq tərəfdaşlığı”nın Vilnüsdə keçirilən III zirvə toplantısı çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb.

Sənədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfindən isə Litva xarici işlər naziri Linas Linkyaviçyus ilə Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imza atıblar.

Saziş tərəflər arasında bu ilin iyulunda paraflanıb.

Sənədə əsasən müəyyən kateqoriyadan olan şəxslərin viza alması proseduru sadələşdirilir, viza üçün rüsum və tələb olunan sənədlərin sayı azaldılır.

Qeyd edək ki, sənəd gələn il Azərbaycanla Aİ arasında readmissiya haqda saziş imzalandıqdan sonra qüvvəyə minəcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.