Çingiz Qənizadə Nəqliyyat Nazirliyini sürücülərdən pul almaqda günahlandırıb
  • “Təzə çəkilən yollara dövlət büdcəsindən xeyli pul ayrılır. Lakin hərəkəti qadağan olunan ağır tonnajlı avtomobillərin gün boyu yollarda olması çəkilən əziyyətin üstündən birdəfəlik xətt çəkir.”

Bunu SalamNews-a və InterAz-a müsahibəsində Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

O, bu məsələdə Nəqliyyat Nazirliyini günahlandırıb: “Buna nəzarət etməli olan Nəqliyyat Nazirliyinin əməkdaşları yük avtomobili sürücülərindən pul alırlar, onları yola buraxırlar, göz yumurlar. Yollarda qurulan səyyar tərəzilər belə işlək vəziyyətdə deyil. Bəzən bir və ya bir neçə şəxsin cəzalanması şərti həyata keçirilir ki, bu da görüntü xatirinədir. Daha acınacaqlı məqam da var. Belə ki, yük avtomobilinin sürücüsü hər ay Nəqliyyat Nazirliyinə gedib fərqlənmə nişanı almalıdır. On minə yaxın yük avtomobilin sahibi nazirliyə gedir və 22 manat əvəzinə 100 manat ödəməklə bunu almalıdır. Yük maşınlarının sahiblərini bir qurumun qapısına gətimək nə deməkdir? Bu, yolverilməzdir və insanların talanmasıdır, onların müəyyən üsullarla pullarının əlindən alınmasıdır. Bunların qarşısı alınmalıdır. Əgər lazımi tədbirlər görülməsə, vəziyyət daha da acınacaqlı xarakter alacaq."

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.