“Halal” şirkətinin haram məhsulları - Nöqsanlar aşkarlandı
  • Azərbaycanda “halal” adı altında kolbasa istehsal edən şirkət barəsində iş qaldırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Hökməli ŞTQ, Şamaxı Şossesi, ev 14 ünvanında fəaliyyət göstərən “Halal Dad” MMC-də aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan “Halal Dad” adlı kolbasa və sosislərin istehsal edildiyi müəyyən edilib.

Xidmətdən verilən məlumata görə, məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda, markalanmasında bu barədə məlumat verilmədiyi, habelə məhsulların halal prinsiplərinə uyğun olmasına dair müvafiq sertifikatlaşma olmasa da, məhsulların markalanmasında halal sözündən (“halal dad”) istifadə edildiyi müəyyən edilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.