Seysmoloji Mərkəz: Köhnə binaların hamısı dağılacaq (VİDEO)
  • Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə bu gün paytaxt ərazisində baş verə biləcək zəlzələ 8-9 baldan yuxarı ola bilməz.

Yəni yerin qurunt şəraitinə uyğun olaraq bu səviyyə artarsa ola bilər ki, Bakının müəyyən ərazisində ən çoxu 9 bal gücündə zəlzələ baş versin.

Buna görə də tikilən binalar bu bala müvafiq inşa edilməlidir.

Mütəxəssislərin sözlərinə görə, əgər paytaxda 8 və ya 9 bal gücündə zəlzələ baş verərsə o hər zaman köhnə binaların hamısı dağılacaq. Ona görə yox ki, sovet dövründə o binalar pis tikilib. Sadəcə ona görə ki, həmin binaların o zaman seysmik göstəriciləri 6 balla qiymətləndirilib.

Müasir tikililərdə, körpülərdə, yol qovşaqlarında seysmik göstəricinin 8-9 bala uyğun olduğunu deyən seysmoloji xidmət mərkəzinin şöbə müdiri Tahir Məmmədli yeni binaların zəlzələyə daha davamlı və təhlükəsiz olduğunu bildirib.

Onu da əlavə etdi ki, yeni binalar tikilərkən onun maksimum neçə bal gücündə zəlzələyə davamlı olması ilə bağlı tikinti şirkətlərinə rəy verilir. Ölkədəki zəlzələ ocaqlarının əvvəlcədən müəyyən etmək üçün seysmoloji xəritələr yaradıldığını, vaxtaşırı müxtəlif ərazilərdə monitorinqlər aparıldığını deyən şöbə müdiri təhlükəli zəlzələ ocaqlarından da söz açıb.

Tahir Məmmədli gələcəkdə Azərbaycanda güclü zəlzələlərin baş verəcəyini də istisna etməyib. Bildirib ki, insanlar zəlzələ və ya istənilən təbiət hadisələrinə hazırlıqlı olmalıdırlar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.