Prezident Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində iştirak edir
  • Noyabrın 29-da Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" Sammitinin rəsmi açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.

Dövlətimizin başçısını Litva Prezidenti Dalya Qribauskayte, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Jose Manuel Barrozu qarşıladılar.

Avropa İttifaqı ölkələrinin, eləcə də "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının iştirak etdikləri sammiti Litva Prezidenti Dalya Qribauskayte açaraq qonaqları salamladı.

Sonra Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Jose Manuel Barrozu çıxış etdilər.

Daha sonra imzalanma mərasimi oldu.

Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş imzalandı.

Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Litvanın xarici işlər naziri Linas Linkyaviçyus və Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imzaladılar.

Sammitin iştirakçıları birgə foto çəkdirdilər.

Tədbir işini plenar iclasla davam etdirir.

İki ildən bir təşkil edilən "Şərq tərəfdaşlığı" Sammiti ilk dəfə 2009-cu ilin mayında Çexiyanın paytaxtı Praqada, ikincisi isə 2011-ci ilin sentyabrında Polşanın paytaxtı Varşavada keçirilmişdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.