Mirmahmud Mirəlioğluna sərt ittihamlar
  • Bu günlərdə Klassik Azərbaycan Xalq Cəbhəsi (KAXCP) partiyasının sədriMirmahmud Mirəlioğlunun Müsavatla bağlı açıqlaması siyasi gündəmdə marağa səbəb olub.

Müsavatla müttəfiqlik məsələsinə toxunan Mirmahmud Mirəlioğlu bildirib ki, bunlar Müsavat tərəfindən sona qədər dəyərləndirilməyib. "Müsavat partiyası ilə müttəfiqlik qurularkən hər zaman şəxsi və partiya maraqlarını üstün tuturlar. Bu səbəbdən də əməkdaşlıq istənilən nəticəni vermir", - partiya sədri qeyd edib.

KXCP ilə Demokratik Qüvvələrin Məşvərət Məclisində (DQMM) müttəfiq olmuş Azadlıq Partiyasının sədri Əhməd Oruc hesab edir ki, KXCP sədrinin Müsavata irad tutmağı heç bir normaya sığmır. "Biz Klassik Xalq Cəhbəsi Partiyası ilə Demokratik qüvvələrin məşvərət məclisində (DQMM) birlikdə idik. Onlar gecənin birində başqa partiya ilə yığışdılar, bizi dəvət eləmədən. Sonra biz xəbər alanda dandılar ki, belə bir şey yoxdur. Sonra bəlli oldu ki, tədbir elə bunların qərargahında keçib", - Əhməd Oruc Milli.Az-a açıqlamasında bildirib.

"KXCP-nin Müsavata irad tutmağı heç bir normaya sığmır", - deyən partiya sədri hesab edir ki, Müsavat onlara baxanda "toya gedəsidir". Partiya sədri fikrini belə əsaslandırıb ki, Müsavat partiyası Azadlıq partiyası ilə hansısa birliyi pozanda xudahafizləşmə mərasimi olub və mədəni şəkildə ayrılıblar. KXCP isə belə etməyib.

"DQMM-nin xəbəri olmadan gedib başqa partiyalar ilə birlik yaratmağın mənası nə idi? Yalandan ona-buna böhtan atmaqla olmur axı. Birinci, insan gərək öz elədiklərinə görə cavab verə. Bundan sonra başqalarının fəaliyyəti haqqında fikir yürütmək haqqı olar", - Ə.Oruc vurğulayıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.