Abdulla Gülə sui-qəsd hazırlayan şəxs həbs edilib
  • Mehmet Saleh Adlı adlı şəxsin üzərindən bir ədəd sənədsiz tapança və "Sui-qəsd" adlı bir ədəd şifrli CD tapılıb.

SalamNews-un "İhlas" agentliyinə istinadla verdiyi xəbərə görə, prezidentin iqamətgahı ətrafında gəzən şübhəli nəzarətə alınıb.

Mehmet Saleh Adlı adlı şəxsin üzərindən bir ədəd sənədsiz tapança və "Sui-qəsd" adlı bir ədəd şifrli CD tapılıb. Həbs olunan M.S.Adlının indiyədək 17 cinayət işi üzrə məhkum həyatı yaşadığı müəyyənləşdirilib.

Ankara Terrorla mübarizə idarəsinə aparılan Adlının iki gün ərzində ifadəsi alınıb. Prezidenti öldürmək niyyətində olmadığını iddia edən Adlı onunla sadəcə görüşmək istədiyi üçün prezident iqamətgahına getdiyini bildirib.

Daha sonra məhkəmə qarşısına çıxarılan M.S.Adlı “Respublika prezidentinə silahlı hücuma təşəbbüs" iddiası ilə həbs olunub.

Hadisə ilə bağlı daha dörd nəfər ifadə verib. Adlının çantasında aşkar edilən şifrli CD isə Abraham Linkoln sui-qəsdinə həsr edilmiş "Sui-qəsd" filmi olub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.