Rusiyada azərbaycanlı müğənniyə qadağa qoyuldu
  • Ölkəmizi Rusiyanın “Qolos” yarışmasında təmsil edən gənc müğənni Fərid Əsgərova Azərbaycan dilində mahnı oxumaq qadağan edilib.

Müğənnin sözlərinə görə yarışmada ona  ana dilində mahnı oxuması üçün şərait yaratmırlar:

“Mən qorxuram ana dilində mahnı ifa edim, imkan belə yaratmırlar. Ancaq xarici və rus dilində mahnı oxumağına imkan yaradılır”.

Hələ qarşıda onu çətin sınaqların gözlədiyini söyləyən müğənni dekabrın 5-də həyəcanlı tura hazırlaşır. O, artıq mahnı seçimini də etdiyini bildirib. Həmyerlilərini ona SMS-lə dəstək olmağa çağrıb.

Fərid Əsgərov Rusiya şou-biznesinin ən məşhur mahnılarını yarışmada səsələndirmək fikrindədir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.