Elman Abdullayev: Ermənilər təhrif olunmuş məlumatları yayır
  • “CNN-nin məşhur aparıcısı Lari Kinqin qondarma “Dağlıq Qarabağ”a nəzərdə tutulan səfəri həqiqətə uyğun deyil”.

Bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün Azərbaycanın Los-Ancelsdəki Baş Konsulluğuna müvafiq tapşırıq verilib. “Məsələni araşdırmalıyıq ki, müvafiq mövqeyimizi ortaya qoya bilək. Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan mətbuatı mövcud vəziyyətlə əlaqəsi olmayan məlumatları şişirdir və yalan təqdim edir. Ermənistan mətbuatından hər şey gözlənilir. Dəfələrlə həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatları Ermənistan mətbuatının işıqlandırdığının şahidi olmuşuq”, - deyə XİN rəsmisi bildirib.

Xatırladaq ki, guya bu yaxınlarda CNN teleşirkətinin əfsanəvi aparıcısı Lari Kinq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Bako Saakyanla görüşüb. Görüş əsnasında Saakyan onu Qarabağa dəvət edib. Kinq də dəvəti qəbul edib. Bako Saakyan isə Lari Kinqin yaxın zamanda Qarabağa səfər edəcəyini haqda erməni mətbuatına informasiya yayıb. Qeyd edək ki, xarici ölkə vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri ilk dəfə deyil. Rəsmi Bakı isə buna heç vaxt biganə qalmır və aldadılaraq qondarma “Dağlıq Qarabağ”a gələnləri “qara siyahı”ya salır və onların Azərbaycana gəlişini yasaqlayır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.