Millət vəkillərindən “avtoş”lara ağır zərbə
  • Milli Məclis avtoxuliqanlara qarşı cərimələri sərtləşdirməyi qərara alıb. Parlament bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etməyə hazırlaşır.

Milli Məclisin plenar iclasnın gündəliynə təklif edilmiş yeni dəyişikliyə görə, avtoxuliqanlara qarşı cərimələrin miqdarı kəskin artırılıb və onların hüquqi məsuliyyəti müəyyən edilib.

Bu məqsədlə Qanunun 296-1 maddəsi olan “Avtoxuliqanlıq” maddəsinin 296-1.1 bəndinə müvafiq dəyişiklik təklif olunub.

Bu dəyişikliyə görə, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif usullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətə görə, nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırmaqla 500 manatdan 750 manatadək cərimə ediləcək.

Və ya nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək inzibati həbs tətbiq olunacaq.

Əgər eyni hərəkətlər il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilərsə, avtomobil idarə etmə hüququ 2 il məhdudlaşdırlmaqla 750 manatdan 1000 manatadək miqdarda cərimə olunacaq. Yaxud avtomobil idarə etmə hüququ 2 il məhdudlaşdırlmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qanuna təklif edilmiş dəyişiklik Milli Məclisin dekabrın 3-də keçiirləcək plenar iclasının gündəliyinə daxil edilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.