Təhsil Nazirliyi: Müəllimlərin maaşları artacaq, amma...
  • Hamı düşünür ki, “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” ilə bağlı məsələ həllini tapandan sonra dərhal müəllimlərin əmək haqqı artacaq. Amma əslində bu belə deyil.

Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

F.Qədirov bildirib ki, strategiyada müəllimlər üçün əmək haqqı və mükafatlandırma sistemi yaradılması nəzərdə tutulub:

“Lakin bu, yalnız əmək haqqının artırılmasını nəzərdə tutan sistem deyil, eyni zamanda keyfiyyətin təminatı sistemidir. Strategiyada o da nəzərdə tutulur ki, müəllimlər sertifikasiyadan keçməlidir. Müəllimlər yalnız bu prosesdən keçdikdən sonra onlara hansı əmək haqqını vermək lazım olduğu müəyyənləşir. Dünyada da bu belədir. Bütün müəllimlərə eyni həcmdə əmək haqqı verilmir.

Düşünürük ki, strategiyada nəzərdə tutulan məsələlərə kompleks yanaşılacaq və bundan sonra hansı müəllimə nə qədər əmək haqqının verilməsi barədə qərar qəbul ediləcək. Bu istiqamətdə artıq müəyyən sənədlərin hazırlanmasına başlanıb. Mexanizmlər təsdiq edildikdən sonra əmək haqqı məsələsinə baxılacaq. Əmək haqqının nə vaxt artırılacağı ilə bağlı konkret müddət demək mümkün deyil”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.