Ölkədə 100 nəfərdə 110 nömrə var
  • Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Əhalinin 70 %-i internet istifadəçisidir, 50 %-i isə genişzolaqlı xidmətlərdən istifadə edir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, “3G” və “4G” texnologiyaları tətbiq edilir.

Bu fikirlər rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun “Bakutel-2013” 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransının iştirakçılarına müraciətində öz əksini tapıb.

Nazir bildirib ki, ölkə əhalisi rəqəmli televiziya yayımı ilə əhatə olunub:

“Elektron hökumət” həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadə səviyyəsi artır. Kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini əhatə edən fiber-optik infrastrukturun qurulması və “evlərə optika” prinsipi ilə yüksəksürətli genişzolaqlı internet xidmətlərindən istifadə imkanı yaradan layihənin həyata keçirilməsinə hazırlıq aparılır”.

Ə.Abbasovun fikrincə, Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında yer alır:

“Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən, Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır. Dünya İqtisadi Forumunun 2013-cü il hesabatında Azərbaycan şəbəkə hazırlığı indeksinə görə 144 ölkə arasında 56-cı, internet istifadəçilərinin sayına görə isə Müstəqil Dövlətlər Birliyi  və Mərkəzi Asiya ölkələri arasında 1-ci yeri tutub”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.