"Mobil danışıqların qiymətləri aşağı düşəcək"
  • "Mobil danışıqların qiymətləri aşağı düşəcək". Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazir bildirib ki, qiymətlərin aşağı salınması yaxın vaxtlarda mümkün olacaq:

"Mobil sektorda qiymətlərin aşağı salınmasını bazar münasibətləri tənzimləyir. Operatorlar arasında olan trafik qiymətini nazirlik müəyyənləşdirir. Belə ki, hər dəqiqəyə bütün istiqamətlərdə 5 qəpik sərf olunur. Mobil operatorlar nə qədər çalışsalar da, bu qiymətdən aşağı xidmət göstərə bilməzlər. Çünki burda nazirlik tərəfində qoyulan məhdudiyyət var. Amma artıq qiymətlərin mümkün qədər 2 qəpiklə 5 qəpik arasında tənzimlənməsinə zəmin yaranıb. Biz bu qiymətləri yaxın vaxtlarda aşağı salacağıq. O zaman mobil operatorlar da qiymətləri aşağı sala biləcəklər".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.