Bakıda sərnişin avtobusu mağazaya girdi (FOTO)
  • Qəzaya uğrayan 138 saylı sərnişin avtobusun sahibkarı Akif Rzayevin verdiyi məlumata görə, avtobusu 26 yaşlı Elşən Əmirov idarə edib.

Səhər saatlarında Mərdəkan qəsəbəsindən şəhər istiqamətinə hərəkət edən avtobusun qarşısına qəfil minik maşını çıxıb. Bu səbəbdən avtobus sürücüsü idarəetməni itirib və yolun kənarındakı ərzaq mağazasına girib. Qəza nəticəsində sürücü özü də xəsarət alıb.

“Avtobusa ciddi ziyan dəyib. Kiçik ərzaq mağazası da bir az dağılıb. İndi hadisə yerinə əməkdaşlarımız gedib. Dəymiş ziyan hesablanacaq və mağaza sahibinə ödəniləcək. Sığortamız da var. Şükür ki, qəzada ciddi xəsarət alan və ölən olmayıb”, - deyə Akif Rzayev bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.