Azərbaycan Prezidenti İlham Əliyev “İlin Xəzər dövlət adamı” mükafatına layiq görülüb
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülmüşdür.

Dekabrın 5-də İstanbulda keçirilən Xəzər Forumunun sonunda müxtəlif nominasiyalar üzrə Xəzər mükafatları təqdim olunmuşdur.

"İlin Xəzər dövlət adamı" mükafatına regionda həyata keçirilən transmilli layihələrdə liderliyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiq görülmüşdür. Mükafatı Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova təqdim etmişdir.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik naziri Binəli Yıldırım "İlin ən yaxşı layihəsinin icraçısı" mükafatına layiq görülmüşlər.

"Xəzər elm mükafatı" professor Kemal Karpata, "Xəzər media mükafatı" isə türkiyəli jurnalistlərə təqdim olunmuşdur.

"Xəzər sənət mükafatı" azərbaycanlı müğənni Tünzalə Ağayevaya, "İlin ən yaxşı tammetrajlı filmi" mükafatı Dağlıq Qarabağ problemindən bəhs edən "Qafqaz" filminin müəlliflərinə təqdim edilmişdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.