Yalnız Azərbaycanda: Həbsxanadan “iPhone 5” və iPad çıxdı
  • Azərbaycanda cəzaçəkmə müəssisəsində son model mobil telefonlar aşkar edilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cinayət Məcəlləsinin 234.4.3, 93.1.4 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum, 1979-cu il təvəllüdlü Elçin Rafiq oğlu Dadaşovun kamerasına və üzərinə baxış keçirilərkən kameranın taxta döşəməsinin altında, betonun içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən iki ədəd “İphone-5” markalı mobil telefon aparatı, 1 ədəd “İpad” markalı planşet, 2 ədəd qulaqcıq, 1 ədəd elektrik qidalandırıcısı, 2 ədəd “Bose” markalı qulaqcıq və 1 ədəd yaddaş kartı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.